21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Lüksemburqla keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 6-da təşkil olunacaq görüş Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda baş tutacaq.
Matçın başlama saatı hələlik müəyyənləşməyib.
Qeyd edək ki, U-21 qrupda keçirdiyi 6 oyunda 3 xal qazanıb.