“Kəpəz” daha bir futbolçunun transferini reallaşdırıb. Mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə 1+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Lkoça son olaraq Andorra çempionatında “Santa Koloma” klubunda oynayıb.

Qeyd edək ki, “Kəpəz” bu yay Elmir Tağıyev,  Nicat Süleymanov və Paulo Rojerionu da heyətə cəlb edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp