“Neftçi” rəhbərliyinin başı yeni transfer etmək istədiyi oyunçuya görə ağrıyacaq. Vida edilən İvan Brkiçin əvəzinə heyətə qatılması lazım bilinən Səlahət Ağayevin komandanın düşərgəsinə qoşulması azarkeşlərin kəskin etirazına səbəb olub.

Azarkeşlər sosial şəbəkədə bu barədə paylaşım edib:

“Rəhbərliyin və bu işdə “əməyi” olan hər kəsin diqqətinə bu yazını çatdırırıq.

Azərbaycan kubokunun 1/4 finalının cavab görüşləri çərçivəsində keçirilən “Sabah” – “Neftçi” matçında başverənlər hamıya bəllidi. Qarşılaşmanın 75-ci dəqiqəsində Səlahət Ağayev Voislav Stankoviçə zərbə endirdiyinə görə qırmızı vərəqə alaraq meydanı tərk etdi. Bundan sonra “Forza Neftçi”nin üzvləri “Neftçinin çörəyi haramın olsun”, – deyə şüarlar səsləndirdi. Meydanı tərk edən Səlahət isə onlara orta barmağını göstərdi.

Bu yazını oxusun məsul şəxslər və bu adamı klubdan uzaq tutsunlar. Çünki “Neftçi”yə, onun formasına, azarkeşinə hörmət etməyən kimsə bu kluba layiq ola bilməz. Bu adamı gətirən adamlar da, ən azı onun qədər bu kluba, azarkeşə hörmətsizlik edən şəxslər olacaqlar. Yüz ölçüb, bir biçin, bəylər. “Neftçi”nin tarixi formasını qaytaran, “Neftçi”nin yenidən əvvəlki əzəmətini qaytarmağa çalışan rəhbərlik bu adamı gətirməməlidir. Bu adam “Neftçi”ni haqq etmir. “Neftçi”nin çörəyi haram olsun” şüarı indi rəhbərliyə də aiddir. Bu adamı bu kluba gətirən hər kim(lər)dirsə, o adama da bu klubun çörəyi haram olsun! Özü də min dəfə! Bizim dəyərimizin formasını bu kluba hörmət etməyən idarəçi də, oyunçu da, qapıçı da geyinə bilməz. Bu qədər!”

450534877 507913554920183 1930402139186643076 n - Futbolinfo.az

Rəhbərlik, bu işdə marağı olan insanlar 2022-ci ildə baş verən hadisəni “hansısa səbəblər” üzündən unutsa da, kluba hamıdan çox bağlı olan azarkeşlər ayıqdır. Onların istəyi yerinə yetirilməsə, mövsüm boyu tribunalarda nələrin baş verəcəyini təsəvvür etmək olar. “Neftçi” rəhbərliyi çempionluğa köklənmək, azarkeşlərlə birlik içində olmaq istəyirsə, bu transferdən vaz keçməlidir.

Əslində, “Neftçi”nin Səlahətə ehtiyacı yoxdur. Son illər yalnız səhvləri ilə yadda qalan, hətta “Səbail”ə də bu üzdən lazım olmayan 33 yaşlı qapıçını çempionluğa oynamağı düşünən komandaya sırımağın nə mənası var? Kurban Berdıyevin iki legioner qolkiper gətirməsi üzündən “Turan Tovuz”a lazım olmayan Ağayevi hətta zəif komandalar istəmir, o zaman Rza Cəfərov kimi istedadı, Emil Balayev kimi təcrübəli qapıçısı olan “Neftçi” 2017-21-ci illərdə burada oynamış Səlahətə niyə qucaq açsın? Ehtiyatda oturmaq üçün biri lazımdırsa, Aqil Məmmədov niyə göndərildi?

“Neftçi” rəhbərliyi düşünsün, şərti şumda kəsən azarkeşlərə qulaq versin. Onlar klubda nələrin baş verdiyini, elə futbolu da əksər məmurlardan daha yaxşı bilir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp