“Səbail”in sabiq futbolçusu Qustavo França növbəti dəfə komandasını dəyişib.

Futbolinfo.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi İndoneziya klubu “Persib”lə anlaşıb.

Maraqlıdır ki, “Persib” Françanın “Səbail”dən ayrıldıqdan sonra bir il ərzində üçüncü klubu olub. Ötən ilin yayında Portuqaliyanın “Lank”, 6 aydan sonra isə “Tondela” klubuna keçən França “Persib”lə anlaşmaqla Avropanı tərk edib.

Qeyd edək ki, Qustavo França 2022-2023 mövsümündə “Səbail”in formasını geyinib.

Shares: