Azərbaycan 2024-2025 avrokubok mövsümündə ilk xallarını qazanıb.

Futbolinfo.az saytı xəbər verir ki, buna “Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki qələbəsi səbəb olub.

Tiraspolda Moldova “Şerif”i üzərində 1:0 hesablı qalibiyyət əldə edən qəsəbə təmsilçisi ölkəmizin aktivinə 0,250 xal yazdırıb. Son 5 ilin göstəricisinə görə 17.000 əmsala malik Azərbaycan 25-ci pillədə qərarlaşıb.

Reytinqə 89.160 əmsalla İngiltərə başçılıq edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp