Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda mübarizəyə başlayır. B qrupunda qərarlaşan milli bu gün ilk matçını Portuqaliyaya qarşı keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi milli Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Qeyd edək ki, Avropa çempionatı Rumıniyanın Piteşti şəhərində iyulun 12-dən 21-dək keçiriləcək.

Shares: