Norveç şahmatçısı Maqnus Karlsenin anası Siqrun Een 62 yaşında dünyasını dəyişib.

Een uzun sürən xəstəlikdən sonra Osloda vəfat edib. Dəfn mərasimi iyulun 17-də olacaq.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bununla bağlı bəyanat da yayıb. Bəyanatda deyilir: “Keçmiş dünya çempionuna, onun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk”.

Xatırladaq ki, bir neçə gün əvvəl Karlsen, hazırda Zaqrebdə keçirilən “Grand Chess Tour”da ailə vəziyyəti səbəbi ilə oynamaqdan imtina etmişdi.

Shares: