“Araz-Naxçıvan” vaxtilə ölkəmizdə oynamış daha bir legioneri ger qaytarmaq istəyir. Bir neçə gün öncə Felipe Santosla müqavilə bağlayan muxtar respublika təmsilçisi, indi də onunla birgə “Qəbələ”də çıxış etmiş Ramon Maçadoya “elçi düşüb”.

Futbolinfo.az xəbər verir ki, Malayziya “Sabah”ı ilə birillik müqaviləsi başa çatan brazilyalı hücumçuyla danışıqlar aparılır. Vaxtilə “Neftçi”də də oynamış 33 yaşlı oyunçu qayıtmaq üçün lkin razılıq verib.

Maçado “Araz-Naxçıvan”a keçməyə razılıq versə, baş məşqçi Elmar Baxşıyev vaxtilə “Qəbələ”də xidmətindən yararlandığı 4-cü futbolçuya qovuşmuş olacaq.

Shares: