Gürcüstan millisinin üzvü Zuriko Davitaşvili Fransada klub dəyişib. Sağ cinah oyunçusu “Bordo”dan ayrılaraq “Sent-Etyen”ə keçib.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı oyunçunun transfer 6 milyon avroya başa gəlib. Yeni klubu ilə 2028-ci ilin yayınadək müqavilə bağlayan Zurikonun onu daha bir il uzatmaq imkanı var.

Daha əvvəl Rusiya klublarında oynamış Davitaşvili 2022-ci ildən Fransadadır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp