Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisovla müqavilənin müddəti uzadılacaq. Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunub.

42 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanacaq.

Bugünkü tədbirdə Azərbaycanın çimərlik futbolu üzrə millisinin yeni baş məşqçisi də müəyyənləşib. Komanda Sahib Məmmədova tapşırılıb.

Qeyd edək ki, buna qədər yığmaya Zeynal Zeynalov rəhbərlik edirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp