Serxio Qomes “Mançester Siti”dən ayrılıb. İngiltərə klubunda davamlı oynamaq fürsəti qazanmayan sol cinah müdafiəçisi vətəni İspaniyaya qayıdıb.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu üçün “Real Sosyedad” 10 milyon avro ödəyib. İngilislər növbəti satışdan da 30 faiz əldə edəcək. Qomeslə 2030-cu ilədək müqavilə bağlanıb.

Serxio iki il öncə “Anderlext”dən 15 milyon avroya transfer edilmişdi. O, “Barselona” yetirməsidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp