İspaniya Kral Futbol Federasiyası (RFEF) millinninn baş məşqçisi Luis de la Fuente ilə müqaviləni uzatmağa hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

63 yaşlı mütəxəssislə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Qurum isə sözləşməni 2028-ci ilə qədər uzatmağı planlaşdırır.

Komandanın AÇ-2024-ün finalında qazanacağı nəticə buna təsir etməyəcək.

Xatırladaq ki, De la Fuente 2023-cü ilin yanvarında İspaniya millisinə baş məşqçi təyin olunub. İspaniya AÇ-2024-ün finalında iyulun 14-də İngiltərə ilə qarşılaşacaq.

Shares: