Tennis üzrə “Uimbldon” turnirində finalçılar məlum olub.

İlk yarımfinal qarşılaşmasında Karlos Alkarasla Daniil Medvedev üz-üzə gəlib. Birinci set rusiyalı tennisçinin xeyrinə başa çatıb. Medvedev tay-brekdə qələbə qazanıb. Lakin ikinci setdə turnirin keçənilki qalibi öz oyununu taparaq üstünlüyü ələ keçirib. İspan tennisçi növbəti iki seti də üstün oyun nümayiş etdirib. Beləliklə də, o, 3:1 hesabı ilə qalib gələrək finala vəsiqə əldə edib.

Alkarasın finaldakı rəqibi Muzetti – Cokoviç oyununda müəyyənləşib. İlk set serb idmançının xeyrinə başa çatıb. İkinci setdə Muzetti tay-brekdə məğlub olub. Üçüncü setin əvvəlində rəqibin servisini qazanan Novak üstünlüyünü sona qədər qoruya bilib. Bununla da o, karyerasında 37-ci dəfə “Böyük dəbilqə” finalına yüksəlib.

Xatırladaq ki, keçən il də finalda Cokoviçlə Alkaras qarşılaşmışdı. Həmin oyun ispan tennisçinin qələbəsi ilə başa çatmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp