Azərbaycan şahmatçıları Macarıstanda keçirilən 5-ci Avropa Universitet Oyunlarında uğurlu çıxış ediblər.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasını təmsil edən Vüqar Manafovla Elmar Atakişiyevdən ibarət komanda rapid yarışlarında qələbə qazanıb.

9 turda 15 xal toplayan təmsilçimiz 17 kollektiv arasında birinci olub.

Bu gün blits üzrə yarış baş tutacaq.

Shares: