İtaliyanın “İnter” kollektivi tarixində ilk dəfə iranlı futbolçu transfer edib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan təmsilçisi Mehdi Taremi ilə 3 illik müqavilə bağlayıb.
31 yaşlı hücumçunun sonuncu klubu Portuqaliya təmsilçisi “Portu” olub.
İran millisinin də şərəfini qoruyan Taremi 86 matçda 49 qol vurub.