“Napoli” komandası İtaliya millisinin futbolçusunu transfer edib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol təmsilçisi Alessandro Buoncornonu sıralarına cəlb edib.

5 illik müqavilə 35 milyon avro qarşılığında baş tutub.

25 yaşlı müdafiəçi son olaraq İtaliyanın “Torino” klubunda çıxış edib və ötən mövsüm 29 matçda 3 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp