Bu gecə Nevada ştatının Paradise şəhərindəki “Thomas & Mack Center” arenasında “Los-Anceles Leykers” və “Hyuston Rokets” komandaları arasında MBA Yay Liqasının mövsümöncəsi oyunu başa çatıb.

Futbolinfo.az xəbər verir ki, Hyuston basketbolçuları 99:80 hesabı ilə qalib gəliblər.

Matçın ən məhsuldar oyunçusu 6 ribaund və 4 məhsuldar ötürmə ilə yanaşı 25 xal toplayan Dalton Knekst (Leykers) olub. İlk üçlüyə həmçinin iki “Rokets” basketbolçusu daxildir: Rid Şeppard (23 xal, dörd ribaund və beş asist) və dabl-dabl (20 xal, 10 ribaund və dörd asist) edən Cem Vitmor.

“Leykers”in əfsanəsi Lebron Ceymsin 19 yaşlı oğlu Bronni Ceyms 27 dəqiqə meydançada olub. Onun aktivində səkkiz xal və beş ribaund var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp