Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, hücumçu Lassana Ndiaye ilə müqavilə bağlanıb.

Malili futbolçu ilə anlaşmanın müddəti “1+1” illikdir.

23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada oynayıb. Onun legioner karyerası ÇSKA (Moskva) ilə başlayıb. Lassanın son klubu “Botev” (Vratsa, Bolqarıstan) olub.

Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını da geyinib.

Shares: