“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Futbolinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçi son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviçlə 1+2 illik müqavilə imzalayıb.

Monteneqro millisinin 27 yaşlı hücumçusu “Sumqayıt”da 9 nömrəli formada çıxış edəcək.

Samir Abasovun rəhbərlik eydiyi komanda bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp