Bu gün Almaniyada təşkil olunmuş Avropa çempionatının final oyunu keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda İspaniya və İngiltərə yığmaları üz-üzə gələcəklər.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunu Fransadan olan Fransua Leteksye idarə edəcək.

İspaniya yığması qalib gəlsə, dördüncü dəfə Avropa çempionu olacaq. İngiltərə yığması isə tarixində ilk Avropa çempionluğunu bayram edə bilər.

AÇ-2024
Final

14 iyul

23:00. İspaniya – İngiltərə
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin. Olimpiya stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp