Futbol üzrə Cənubi Koreya çempionatında 23-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Qanqvon”la qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 1:1.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Daejeon” hazırda 20 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Shares: