“Qalatasaray” gənc futbolçusu Efe Akmanın müqavilə müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı dayaq yarımmüdafiəçi ilə bağlanan ilk peşəkar müavilə 2028-ci ilin 30 iyun tarixinədəkdir.

Efe Akman “Qalatasaray”ın yetirməsidir. Türkiyə U-19 millisinin üzvü “cim-bom”un əsas komandasında 2 rəsmi matçda meydana çıxıb.

Shares: