“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “dənizçilər” Ayman Bualini heyətinə cəlb edib.

Mərakeşli hücumçu ilə bağlanan müqavilənin müddəti hələlik açıqlanmayıb.

Buali 2023/2024 mövsümündə çıxış etdiyi “Ümraniyespor”da (Türkiyə) 21 oyunda 1 qol vurub.

“Səbail” bu yay Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitri Litvin, Qorka Larruçea, Mert Çelik, Gülağa Əsədov və Əlirza Müştəbəzadəni də heyətinə cəlb edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp