Azərbaycanın yeniyetmə voleybolçulardan ibarət millisi təlim-məşq toplanışı üçün Türkiyənin Ankara şəhərinə yola düşüb.
Futbolinfo.az xəbər verir ki, komanda qardaş ölkənin U-16 yığması ilə birlikdə toplanış keçəcək.
İyulun 18-nə kimi davam edəcək birgə təlim-məşq toplanışı çərçivəsində komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Ankaraya 16 idmançı ilə yollanıb. Bu voleybolçular düşərgələrdə fərqlənən 13-14 yaşlı qızlardır.
Təlim-məşq toplanışında Şahin Çatmaya məşqçi Hamid Anvari kömək edəcək.