“Səbail”dən ayrılan Silven Deslandesin yeni klubu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, fransalı müdafiəçi Kiprdə çıxış edəcək.
27 yaşlı futbolçu “Omoniya 29 Maiou” klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Deslandes ötən ilin sentyabrından bu ilin mayına qədər “Səbail”də çıxış edib. O, “dənizçilər”in heyətində 26 oyuna çıxıb.