Bərdədə Akademik Zərifə Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseyin idman zalında Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Bərdə rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunan akrobatika gimnastikası idman növü üzrə 2010-2013, 2014-2016 və 2017-2019-cu il təvəllüdlü idmançılar arasında rayon birinciliyi keçirilib.

Futbolinfo.az xəbər verir ki, yarışda gimnastlar üç proqram üzrə öz bacarıqlarını nümayiş etdiriblər. İdmançıların çıxışlarının qiymətləndirilməsi üçün 2 nəfərdən ibarət hakimlər heyəti təyin edilib.

Yarışda hər proqram üzrə I, II və III yerləri tutan idmançılara Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları təqdim olunub.

BƏHRUZ MUSAYEV, BƏRDƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp