Avropa çempionatının C Ddivizionunda final matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Evren Alkayanın yetirmələri həlledici görüşdə Kipr yığması ilə üz-üzə gəliblər.
Qarşılaşma millimizin 69:52 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionatının qalibi adını qazanıb.
Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən gənc basketbolşularımız yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb – 92:62. Yarış Cəbəllütariqdə keçirilib.
Bu gün oğlanlardan ibarət U-16 yığmamız da üçüncü yer uğrunda oyunda Ermənistanla qarşılaşıb. Fasiləyə üstün yollanan komandamız sonradan üstünlüyü əldən verib və 63:71 hesabı ilə uduzaraq turniri 4-cü yerdə başa vurub.