Bu gün Almaniyada təşkil olunmuş Avropa çempionatının final oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda İspaniya və İngiltərə yığmaları üz-üzə gəliblər.

İspaniya yığması həlledici oyundan qalib ayrılmaqla 4-cü dəfə Avropa çempionu adını qazanıb. Bu komandaya qələbə gətirən qolları Niko Uilyams və Mikel Oyarzabal vurub. İngiltərə yığmasından isə Koul Palmer fərqlənib. Beləliklə İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

AÇ-2024
Final

14 iyul

İspaniya – İngiltərə 2:1
Qollar: Niko Uilyams, 47. Mikel Oyarsabal, 86 – Koul Palmer, 73.
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin. Olimpiya stadionu.

İspaniya: Unai Simon; Dani Karvahal, Robin Le Normand, Emerik Laport, Mark Kukurella, Rodri, Fabian, Dani Olmo, Lamine Yamal, Nico Uilliyams, Morata

İngiltərə: Pikford, Quehi, Stounz, Uolker, Şou, Saka, Kobbi, Rays, Bellinqem, Foden, Keyn 

Shares: