Bu gün 2024-cü il Amerika Kubokunun final oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, həlledici matçda Argentina millisi Kolumbiya yığması ilə qarşılaşıb.

Oyunun başlaması “Hard Rock” stadionunun girişində yaranan izdiham səbəbindən bir saatdan çox gecikib.

Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. 112-ci dəqiqədə Argentina millisinin üzvü Lautaro Martines hesabı açmağı bacarıb. Bununla da Argentina 1:0 hesablı qələbə ilə Amerika Kubokunun qalibi olub.

Argentina millisi tarixində 16-cı dəfə bu titulu qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp