“Bundan daha xoşbəxt ola bilməzdim – biz əsl komandayıq, Avropa çempionlarıyıq”.

Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Almaniyada təşkil olunan Avropa çempionatının finalında İngiltərəyə qarşı keçirdikləri oyundan sonra deyib.

Mütəxəssis göstərilən dəstəyə görə hər kəsə təşəkkür edib:

“Hər keçən gün futbolçularımla daha çox fəxr edirəm. Fasilədə komandama heç nə demədim, sadəcə, daha yaxşı oynamalarını bildirdim. Onlar dünyanın ən yaxşısıdırlar. Bunu əvvəllər də demişəm və fikrimdə qalıram. Biz daha da yaxşı ola bilərik. İspaniyanın hər yerindən göstərilən dəstəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, İspaniya millisi finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək 4-cü dəfə Avropa çempionu olub.

Shares: