“Kəpəz”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kapitan Vurğun Hüseynov komandada qalıb.

Bir müddət əvvəl karyerasını bitirmək barədə düşünən 36 yaşlı müdafiəçi daha bir il oynayacaq. Hüseynov “Kəpəz”lə yeni 1 illik müqavilə imzalayıb.

Shares: