“Turan Tovuz” müdafiəçisi Roderik Millerlə yollarını ayıra bilər.
Futbolinfo.az Panama mətbuata istinadən xəbər verir ki, bu ölkənin milli komandasının üzvü Avstraliyadan sərfəli təklif alıb.
Qeyd olunub ki, “Uestern Sidney Uonderers” klubu 32 yaşlı cinah futbolçusuna təklif göndərib. Miller özü də bu transferin reallaşmasında maraqlıdır. Düzdür, “Turan Tovuz” rəhbərliyi onu heyətdə saxlamaq niyyətindədir. Lakin Miller daha rəqabətli liqada çıxış etmək üçün Avstraliya variantına müsbət yanaşır. Çünki Panama millisinin baş məşqçisi Tomas Kristiansen oyunçularına DÇ-2026-nın seçmə mərhələsi öncəsi daha yaxşı liqalarda çıxış etməyi məsləhət görüb.
Miller “Uestern Sidney Uonderers”ə keçərsə, KONKAKAF, KONMEBOL, Avropa, Asiya və Okeaniyada oynayan ilk panamalı kimi tarixə düşəcək.
Millerin “Turan Tovuz”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.