“Beşiktaş”ın yarımmüdafiəçisi Ajdin Hasiç növbəti dəfə “Neftçi”nin maraq dairəsinə düşüb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı sağ cinah oyunçusunun Azərbaycana köçmək ehtimalı yüksəkdir.
Çünki “Neftçi”nin təklifi İstanbul nəhənginin ürəyincə olub. Belə ki, “ağ-qaralar” hücumameyilli oyunçunu birillik icarəyə götürmək variantından yararlanmaq istəyib. “Beşiktaş” isə əvvəlcə Hasiçlə müqavilə müddətini uzatmaq, daha sonra onu “Neftçi”yə icarəyə verməyi planlaşdırır.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında ölkəsində “Sarayevo” klubunun heyətində keçirən bosniya və herseqovinalı futbolçunun “Beşiktaş”la hazırkı müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.