ABŞ-də təşkil olunan Amerika Kubokunun ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu mükafata Kolumbiya millisinin üzvü Xames Rodriges layiq görülüb.

33 yaşlı yarımmüdafiəçi turnir ərzində meydana çıxdığı 6 matçda 1 qola, 6 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, Amerika Kubokunun finalında Kolumbiya millisi Argentinaya (0:1) məğlub olub. X.Rodriges meydana start heyətində daxil olub və əlavə vaxtın əvvəlində əvəzlənib.

Yarımmüdafiəçi 2023-cü ilin yayından Braziliyanın “San Paulu” klubunda çıxış edir. O, karyerası ərzində “Olimpiakos” (Yunanıstan), “Əl-Rayyan” (Qətər), “Everton” (İngiltərə), “Bavariya” (Almaniya), “Real” (İspaniya), “Monako” (Fransa), “Portu” (Portuqaliya), “Banfild” (Argentina) və “Enviqado” (Kolumbiya) klublarında çıxış edib.

Shares: