UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasının biletləri artıq satışa çıxarılıb.

Futbolinfo.az xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, iyulun 20-dən etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkün olacaq.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır. “Sumqayıt” – “Fehervar” matçı iyulun 25-də, saat 20:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp