Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Mariya yığmadakı karyerasını başa vurub.

Futbolinfo.az xəbər verir ki, Amerika Kubokunun finalında Kolumbiya ilə matç (1:0) Di Mariya üçün millidə sonuncu oyun olub.

36 yaşlı futbolçu çempion olduqları görüşdən sonra milli ilə vidalaşmasını da şərh edib: “Milli komandadan belə ayrılmaq mənim arzum idi. Argentina mənim sevgim və ölkəmdir. Hər kəsə təşəkkür edirəm”.

Hazırda “Benfika”da çıxış edən Di Mariya 2008-ci ildən oynadığı Argentina millisində 145 oyuna 31 qol vurub.

Shares: