Almaniya millisinin və “Bayern”in hücumçusu Tomas Müller milli karyerasını başa vurduğunu rəsmən açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu “Youtube” kanalındakı videomüraciətində bildirib.
O deyib: “Ölkəmi təmsil etməkdən həmişə qürur duymuşam. Hamınıza təşəkkür etmək istəyirəm. İndi mən tribunaların pərəstişkarı olacağam”.
Müller 2010-cu ilin oktyabrında ölkəsinin əsas komandasında debüt edib. O vaxtdan bəri Tomas millinin heyətində 131 oyun keçirib, 45 qol vurub. Hücumçu 4 Avropa çempionatında və 4 dünya çempionatında iştirak edib, 2014-cü ildə dünya çempionu olub. Onun Almaniya millisindəki son oyunu AÇ-2024-ün 1/4 finalında İspaniya ilə matç (1:2) olub.