Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” (Hayfa) klubu daha bir transfer edib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Ethan Azulay heyətə cəlb edilib.

İsrail millisinin 22 yaşlı üzvü ilə 4 illik müqavilə imzalanıb.

“Sabah” “Makkabi” ilə ilk oyunu iyulun 25-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Shares: