“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
La Liqa təmsilçisi “Arsenal”ın yarımmüdafiəçisi Albert Sambi Lokonqanı icarəyə götürüb. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Sözləşməyə birdəfəlik satınalma variantı da daxildir.
Albert ötən mövsümü icarə əsasında “Luton Taun”da keçirib. O, Premyer Liqada 17 matçda iştirak edib, 1 qol vurub və 3 qolun ötürməsini verib.