AFFA Hakimlər Departamentinin rəhbəri bəlli olub. Bu post Hakimlər Komitəsinin Komitə üzvü Ömər Paşayevə tapşırılıb.

Futbolinfo.az xəbər verir ki, daha öncə bu vəzifə Cavid Cəlilova tapşırılmışdı. Amma ötən mövsüm onun işində xeyli səhlənkarlıq etməsi oyunlara təyinat alaraq bir sıra olaylarda adının hallanması həlledici olub. AFFA rəhbərliyi onu keçmiş hakimlə əvəz etməyi lazım bilib.

Xatırladaq ki, Hakimlər Komitəsinin sədr postu hələ də boşdur. Bu vəzifədən istefaya göndərilən, daha doğrusu, bitən müqaviləsi yenilənməyən Barış Şimşəki kimin əvəz edəcəyi bəlli deyil.

Shares: