Peşəkar Tennis Assosiasiyası (ATP)  yenilənmiş reytinq cədvəlini dərc edib.

Avstraliyalı tennisçi Aleks de Minaur 9-cu yerdən 6-cı yerə yüksəlib. İtaliyalı Lorenzo Musetti “Uimbldon”da yarımfinalına yüksəlməklə əhəmiyyətli irəliləyiş əldə edib. O, doqquz mövqe qalxaraq ATP reytinqində 16-cı yerdə qərarlaşıb.

İtaliyalı Yannik Sinner lider olaraq qalır. Serb Novak Cokoviç ikinci, ispan Karlos Alkaras üçüncüdür.

15 iyul tarixinə ATP reytinqi:

1 (1). Yannik Sinner (İtaliya) – 9570.

2 (2). Novak Cokoviç (Serbiya) – 8460.

3 (3). Karlos Alkaras (İspaniya) – 8130.

4 (4). Aleksandr Zverev (Almaniya) – 7015.

5 (5). Daniil Medvedev (Rusiya) – 6525.

6 (9). Aleks de Minaur (Avstraliya) – 4185.

7 (7). Hubert Hurkaç (Polşa) – 4105.

8 (6). Andrey Rublyov (Rusiya) – 4070.

9 (8). Kasper Ruud (Norveç) – 4030.

10 (10). Qriqor Dimitrov (Bolqarıstan) – 3750…

Shares: