Dördqat “Böyük Dəbilqə” çempionu ispan tennisçi Karlos Alkaras “Uimbldon”da qələbəsini Avropa çempionu olmuş İspaniya milli futbol komandası ilə qeyd etməyə hazırlaşır. Bu barədə “Marca” xəbər verib.

Mənbənin məlumatına görə, Alkaras qələbəsini iyulun 15-i axşam saatlarında Madriddə qeyd edəcək. Alkaras futbolun və İspaniya millisinin böyük pərəstişkarıdır. Bu səbəbdən də o, iki xoş hadisəni bir möhtəşəm bayramda birləşdirmək istəyir.

Xatırladaq ki, dünən 21 yaşlı Alkaras “Uimbldon” çempionu olub. Finalda o, 24 qat “Böyük Dəbilqə” çempionu Novak Cokoviçə üç setdə qalib gəlib. Karlos Alkaras bu vaxta qədər “Böyük Dəbilqə” seriyalı turnirin finalında məğlub olmayıb.

Shares: