Dünyanın beşinci raketkası Yasmin Paolininin şəkli məşhur “Vogue” jurnalının italyan versiyasının üz qabığına həkk edilib. Tenisçi “Uimbldon” turnirinin finalından dərhal sonra nəşrə böyük müsahibə də verib.

Xatırladaq ki, iyulun 13-də, finalda Paolini Çexiya təmsilçisi, dünyanın 32-ci raketkasi Barbora Kreyçikovaya uduzub. Görüş 6:2, 2:6, 6:4 hesabı ilə başa çatıb. İyun ayında italyan tennisçi “Rolan Qarros”un finalında 2:6, 1:6 hesabı ilə İqa Şvyontekə də məğlub olmuşdu.

Xatırladaq ki, Yasmin Paolini 2016-cı ildə Serena Vilyiamsdan sonra eyni mövsümdə “Rolan Qarros” və Uimbldon” finallarına çıxan ilk tennisçi olub.

Shares: