Avroliqanın mətbuat xidməti növbəti mövsüm üçün təqvimi dərc edib. Keçən il olduğu kimi, 18 komanda 34 oyun keçirəcək, ardınca pley-in, pley-off və qalibi müəyyən etmək üçün “Dördlər Finalı” olacaq.

Avroliqanın müntəzəm çempionatı 2024-cü il oktyabrın 3-də start götürəcək və 2025-ci il aprelin 11-də başa çatacaq.

Növbəti mövsüm üçün Avroliqanın 1-ci turunun təqvimi:

3 oktyabr

Alba – Panatinaikos

Monako – Milan

Jalgiris – Barselona

Makkabi – ASVEL

Baskoniya – Partizan

Bayern – Real Madrid

4 oktyabr

Fənərbağça – Olimpiakos

Paris – Srvena Zvezda

Virtus – Anadolu Efes

Xatırladaq ki, Avroliqanın son çempionu “Panatinaikos”dur. Həlledici görüşdə Yunanıstan klubu Madrid “Real”ına qalib gəlib (95:80).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp