“Latsio”nun rəhbəri Klaudio Lotito digər klublardan şikayətlənib. O, İtaliyadakı rəqiblərinin onlara transferlərdə süni əhgəl yaratdığını iddia edir.
Futbolinfo.az xəbər verir ki, Meyson Qrinvudu transfer etmək istəyən romalılara qəfil rəqiblər ortaya çıxıb: “Biz “Mançester Yunayted”lə anlaşmışdıq. İngilislərə 25 mlyon avro və növbət satışdan 50 faiz pay təklif etdim. Amma digər klublar ortaya düşüncə qiymət yüksəldi və bu keçiddən vaz keçdik”.
Lotito hazırda Marsel “Olimpik”i ilə anlaşmaq üzrə olan futbolçunun qiymətini yüksəldənlərin də adını çəkib: “Bir neçə klub bizi rahatsız etməyə və transferə əngəl olmağa çalışdı. Öncə “Napoli”, daha sonra “Yuventus” planlarımızı pozdu”.