Geridə qalan mövsümün ikinci yarısını “Səbail”də keçirən keniyalı hücumçu Ayub Masika cəmi 6 aylıq macəranın ardından Azərbaycan klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, Keniya millisinin 31 yaşlı hücumçusu bununla bağlı fikirlərini bölüşüb.
O, qısa müddətdə Azərbaycanda özünə dostlar qazandığını söyləyib: “Azərbaycanda mənim bir ailəm var. Bu da “Səbail” klubudur. Komanda yoldaşlarıma, məşqçilər korpusuna və oyunlarımıza gələn azarkeşlərə təşəkkürümü bildirirəm. Onlar bizi sona qədər dəstəklədilər. Buna görə hər birinə minnətdaram. Yenidən görüşməyi ümid edirəm. “Səbail”ə yeni mövsümdə uğurlar arzulayıram”.
Qeyd edək ki, Ayub Masika “Səbail”ə bu ilin əvvəlində Çinin “Nanjinq Siti” klubundan keçmişdi.