“Sevilya” “Atletiko”nun yarımmüdafiəçi Saul Niqesi heyətinə qatıb.

Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu 2024/25 mövsümünün sonuna qədər icarə əsasında La Liqa təmsilçisində çıxış edəcək.

Müqavilə bir ildən sonra icarə müddətinin uzadılması imkanını nəzərdə tutur.

Saul 2012-ci ildə “Atletiko”da debüt edir. O, bu komandada 427 rəsmi oyuna çıxıb, 48 qol vurub və 26 qolun ötürməsini verib.

Shares: