Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə qarşılaşacaq.
Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutacaq görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
21:00. İsveçrə (Qadınlar) – Azərbaycan (Qadınlar)
Hakimlər: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Zuzana Valentova.
Lozanna, Olimpik De La Pontez stadionu.