“Qarabağ” yeni qapıçı axtarışını davam etdirir. Həm də ağdamlıların indi iki yeni əlcək sahibinə ehtiyacı var.
Andrey Lunyov və Luka Quqeşaşvili ilə vidalaşan ölkə çempionu, zədə üzündən Amin Ramazanovu da uzun müddətə itirdi. Belədə Çemponlar Liqasına hazırlaşan “Qarabağ” faktiki olaraq yeni transfer Fabian Buntiçin ümidinə qalıb. Klub rəhbərliyi və məşqçilər azı biri legioner olmaqla iki yeni qolkiperin heyətə cəlb olunması üçün axtarışdadır. Çox güman ki, avrokubokdakı ilk oyunlara qədər “Qarabağ” yalnız qapıçı transferi ilə gündəmə gələcək.
Digər mövqelər üçün də axtarışlar davam edir, lakin israrlı transfer cəhdi yoxdur, indiki heyət kifayət etməlidir. Mahir Emrelnin dönüşü ehtimalı da çox azdır. Xorvatiya mətbuatında çıxan xəbərlərə baxmayaraq, Ağdam klubu millimizin üzvü ilə heç bir danışıq aparmayıb.