ESPN 2000-ci ildən bəri ən yaxşı idmançıların siyahısını tərtib edib. Səsvermə bu şəkildə keçirilib: ekspertlərdən 2000-ci il yanvarın 1-dən öz idman növləri üzrə ən yaxşı idmançılara səs vermələri tələb edilib (həmin tarixə qədər əldə olunan nailiyyətlər nəzərə alınmayıb). Sorğuda iştirak edənlər bir neçə turda adları çəkilən iki namizəddən ən güclüsünü seçiblər.
Səsvermə nəticəsində hər idman növü üzrə 10-25 nəfərdən ibarət siyahılar tərtib edilib və onlar ümumi ilk 100-liyə daxil edilib. Hazırda ESPN yalnız 76-100-cü yerləri tutan idmançıların adları açıqlayıb. Qalan yerlər haqqında daha sonra hissə-hissə məlumat veriləcək.
Siyahının birinci hissəsi belədir:
76. Corc St. Pier, MMA;
77. Şelli-Ann Freyzer-Prays, atletika;
78. Bernard Hopkins, boks;
79. Brüs Harper, beysbol;
80. Endi Marrey, tennis;
81. Çeril Svups, basketbol;
82. Kohei Uçimura, gimnastika;
83. Kris Poul, basketbol;
84. Lauren Cekson, basketbol;
85. Kavay Leonard, basketbol;
86. Vinus Vilyams, tennis;
87. Ronaldo, futbol;
88. Roy Hallidey, beysbol;
89. Annika Sorenstam, qolf;
90. Aja Vilson, basketbol;
91. Aaron Rodjers, Amerika futbolu;
92. Pedro Martinez, beysbol;
93. Rori MakIlroy, qolf;
94. Ronaldinyo, futbol;
95. Zlatan İbrahimoviç, futbol;
96. Darrell Revis, Amerika futbolu;
97. Virat Kohli, kriket;
98. Konnor MakDevid, hokkey;
99. Ed Reed, Amerika futbolu;
100. Çarlz Vudson, Amerika futbolu.